FƏLSƏFƏ | Əxlaq Fəlsəfəsi Nədir? Qısa Giriş

FƏLSƏFƏ | Əxlaq Fəlsəfəsi Nədir? Qısa Giriş

4 Minuten

Beschreibung

vor 4 Jahren

Əxlaq fəlsəfəsi — ilk yaranan fəlsəfə
qollarından biridir. 


Kantdan bəri fəlsəfi məsələləri bilik və fəaliyyət məsələlərinə
ayırmaq və tədqiq etmək bir qayda olmuşdur. Bilik məsələsini ələ
alan fəlsəfə idrak nəzəriyyəsidir. Amma, insan yalnız bilən bir
varlıq deyil, eyni zamanda fəaliyyətdə olan bir varlıqdır. İnsan
fəaliyyətləri də meydana gəlməsi, yönəldikləri məqsəd və
dəyərləri baxımından fəlsəfi məsələlərə daxildir. Buna görə
onları da fəlsəfənin tədqiq etməsi lazımdır.İnsan
fəaliyyətlərini, məqsədlərini,vəzifələrini və yönəldikləri
dəyərləri tədqiq edən fəlsəfə əxlaq fəlsəfəsi və ya etika
adlanır.Əxlaqi fəaliyyətlər, gündəlik həyatda hər gün təkrar
etdiyimiz düz olmaq, doğru hərəkət etmək, yalan danışmamaq,
insanlara hörmət etmək, başqalarının haqqını əlindən almamaq,
insanlara kömək etmək və bu kimi fəaliyyətlərdir. Bu kimi
fəaliyyətlərdə olan insanlar isə əxlaqlı, namuslu, ləyaqətli
insanlar kimi səciyyələndirilirlər.Əxlaqi fəaliyyətlər insan
tərəfindən edilən hərəkətlərdir. O biri yandan heyvanların da
etdikləri hərəkətlər var. Ancaq insan fəaliyyətləri, heyvanlarda
gördüyümüz davranış və hərəkətlərdən çox fərqlidirlər. Heyvan
davranışları və hərəkətləri təbii meyllərə, instiktlərə və
məcburiyyətə söykənirlər. Məsələn, quşların yuva tikməsi, müəyyən
vaxtlarda uçub getməsi ,ov tutması, çoxalması və s. kimi davranış
və hərəkətlər, instinktlərlə müəyyən edilən, dəyişməyən, məcburi,
mexaniki hərəkətlərdir. İnsanlarda da bu növ instinktiv
hərəkətlər olur. Qidalanma, özünü müdafiə və çoxalma kimi. Amma
insanın bunlardan başqa azad olaraq etdiyi hərəkətlər də var.
Bunlar iradəyə dayanan hərəkətlərdir. Bunları məcburi
hərəkətlərdən ayırmaq üçün onlara əxlaqi fəaliyyətlər deyilir.
Bunlar istəyərək, şüurlu olaraq etdiyimiz hərəkətlərdir. İradəyə
dayandıqları üçün də azad hərəkətlərdir. İnsan fəaliyyətlərin bu
xüsusiyyətini görən alimlər hələ qədim dövrdən bu fəaliyyətlərin
izah etməyə çalışmışlar. Bu işi görən fəlsəfəyə də praktik
fəlsəfə və ya əxlaq fəlsəfəsi (etika) adını vermişlər.


Mənbə: Vikipediya
(https://az.wikipedia.org/wiki/Əxlaq_fəlsəfəsi)


Səsləndirən: Amanov Shamsaddin


Tags: Fəlsəfə, Azərbaycanca Fəlsəfə, Əxlaq, Filosof, Azərbaycanca
Podcast, Spotify Azerbaijan, Spotify Azərbaycan

Kommentare (0)

Lade Inhalte...

Abonnenten

15
15