Podcaster
Episoden
11.04.2022
19 Minuten
Xaricdə Təhsil / Avropa - Skandinaviya, Macarıstan, Almaniya, və s.
Mehr
28.04.2021
10 Minuten
Martin Haydeqqer (1889-1976) — Alman filosofu,
Ekzistensializm (Təklif 1. Varolmaçılıq; Təklif 2.
Mövcudiyyətçilik) düşüncə tərzinin əhəmiyyətli nümayəndələrindən
biri. Haydeqqer 20-ci əsrin ən böyük mütəfəkkirləri arasında
qəbul edilir. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər
siyahısına daxil edilib. Haydeqqer'in ən məşhur əsəri "Varlıq və
Zaman" 1927-ci ildə çap edilmişdir. Burada Haydeqqer qısaca
"Varlıq (olmaq) zamandır." fikrini irəli sürmüşdür. İnsan,
doğulduğu və öldüyü zaman aralığında "olan" bir varlıqdır. Varlıq
zamandır və zaman sonludur, bizim ölümümüz ilə sona çatır.
Haydeqqer insanın bu həyata, dünyaya, varlığa "atıldığını" (öz
istəyi xaricində) söyləyirdi. Bu əsər, sonraları
Ekzistensializm'in ən böyük fiqurlarından biri olacaq gənc Jan
Pol Sartr'a dərindən təsir etmişdir. Sartr, ən məşhur
əsərlərindən birini "Varlıq və Heçlik" adlandırmışdı. Məqalənin
əsas mövzusu isə Haydeqqer'in Üçüncü Reyx (Hitler Almaniyası) ilə
olan əlaqəsidir. Adolf Hitler 1933-cü ilin Yanvarın 30-unda
Almaniya Kansler'i seçildi. Həmin ilin Aprel ayının 21-də isə
Martin Haydeqqer Freiburg Üniversitetinin rektoru təyin edildi.
Sabiq rektor Möllendorff, Nasizmin tələb etdiyi antisemit
posterləri üniversitetdə nümayiş etməyi rədd etdiyi üçün
vəzifədən istefa etməyə məcbur edilmişdi. Vəzifəyə keçdikdən 10
gün sonra (1 May) Haydeqqer "Nasional Sosialist Alman Fəhlə
Partiyası"-na qoşuldu. Həmin ay Nasist rektorlar tərəfindən
Hitler'ə göndərilən ictimai teleqramı da imzalamışdı.
Haydeqqer'in xeyrinə olan bir faktı da qeyd etsək: Haydeqqer heç
bir zaman Nasist Partiya görüşlərinə qatılmamışdı (ilk üzvlük
görüşü xaricində). Bu faktdan yola çıxaraq Haydeqqer'in
dəstəkçiləri tərəfindən istifadə edilən arqümentlərdən biri
belədir: "Haydeqqer əslində Nasist deyildi, sadəcə Hitler
hakimiyyətində sağ qalmağa və özünə görə məntiqli siyasi həmlələr
etməyə çalışırdı." Bunun belə olması isə çox şübhə altındadır.
Çünki Haydeqqer'in ən yaxınlarına belə sırf Yəhudi olduğu üçün
xəyanət etdiyini görə bilirik. Həmçinin, belə olmadığını,
Haydeqqer'in Hitler hakimiyyətinin sonlanmasından sonra belə heç
bir peşmançılıq ifadə etməməsindən anlaya bilərik
Yazan / Tərcümə Edən: Amanov Shamsaddin
Əsas Referanslar (istinadlar):
1. Human, All Too Human - Martin Heidegger (BBC series), link:
https://www.youtube.com/watch?v=gQ09a5LJFqo&t
2. Martin Heidegger and Nazism, link:
https://en.wikipedia.org/wiki/Martin_Heidegger_and_Nazism
Mehr
23.04.2021
17 Minuten
Hamıya salam, mən Amanov. Ya da Şəmsəddin. İkisindən biri. Bu
günkü podcast bölümündə Macarıstan barədə təcrübələrimdən
danışdım, ümid edirəm bölümü əyləncəli hesab edərsiniz.
Təşəkkürlər.
Mehr
20.04.2021
6 Minuten
Avstriya psixoloqu və psixiatoru Ziqmund
Freyd'in (1856 – 1939) yaratdığı psixoanaltik nəzəriyyə
freydizm adı ilə məşhurdur. Z.Freyd Şəxsiyyətin
fəallığının mənbəyini onda heyvan əcdadlarından irsən alınmış
instiktiv təhriklərdə görürdü. Bununla da Freyd psixi hadisələrə
yeni anlayış – Şüursuzluq anlayışı gətirmişdir. Onun fikrincə
Ģəxsiyyətin strukturunda üç komponent mövcuddur: O (id), mən
(eqo), yüksək – mən (super-eqo).
Karl Yunq'a (1875 - 1961) görə Şəxsiyyət dörd
əsas elementi özünə daxil edir: şüur, şəxsi şüursuzluq,
şüursuzluq və kollektiv şüursuzluq.
Mənbə: Mahirə Nərimanqızı, Ümumi Psixologiya
Səsləndirən: Amanov Shamsaddin
Tags: PSİXOLOGİYA | Şəxsiyyət Haqqında Nəzəriyyələr, Ziqmund
Freyd, Id, Eqo, Super-Eqo, Karl Yung, Kollektiv şüursuzluq,
Kölgə, Azərbaycanca fəlsəfə kitabları, fəlsəfə videoları,
felsefe, Azərbaycanca podcast, Azəri podcast, Azərbaycan Spotify
Podcast, Amanov, Freud, Sigmund, Carl Jung, Jungian, Freudian,
Freydizm,
Mehr
20.04.2021
7 Minuten
Həqiqətən önəmli olan tək bir fəlsəfi problem vardır – intihar.
Həyatın yaşamağa dəyər olub olmadığı məsələsində bir qərar
vermək, fəlsəfənin bu təməl probleminə cavab verməkdir. (Alber
Kamyu)
Mənbə: Bakı Fəlsəfə Akademiyası, Araz Əliyev
Səsləndirən: Amanov Shamsaddin
Tags: FƏLSƏFƏ | Həyat Onu Yaşamaq Zəhmətinə Dəyərmi?
Varoluşçuluq, Alber Kamyu, Həyatın Mənası, İntihar, Ölüm,
Azərbaycanca fəlsəfə kitabları, fəlsəfə videoları, felsefe,
Azərbaycanca podcast, Azəri podcast, Azərbaycan Spotify Podcast,
Amanov.
Mehr
Über diesen Podcast
Ümid edirəm, maraq dairələrim sizin radiusunuza toxunar. Sounds
erotic!
Kommentare (0)