FƏLSƏFƏ | Fridrix Nitsşe Kimdir? Filosof'un Həyatı, Yaradıcılığı, Anarxizm, Faşizm, Psixoanaliz üzərində təsiri (Friedrich Nietzsche)

FƏLSƏFƏ | Fridrix Nitsşe Kimdir? Filosof'un Həyatı, Yaradıcılığı, Anarxizm, Faşizm, Psixoanaliz üzərində təsiri (Friedrich Nietzsche)

6 Minuten

Beschreibung

vor 4 Jahren

Fridrix Vilhelm Nitsşe (alm. Friedrich
Nietzsche‎; 15 oktyabr 1844, Röcken – 25 avqust 1900, Veymar) —
Alman filosofu və klassik filoloq. Tarixdə 100 ən çox öyrənilmiş
şəxsiyyətlər siyahısına daxil edilib.


1849-ci ildə atasının və 1850-ci ildə qardaşının ölümünden sonra
ailəsiylə birlikdə Hamburq şəhərinə köçür və orada 1856-cı ilədək
yaşayır. Yeniyetmə Nitsşe getdiyi ilk ibtidai məktəbdə özünü
təcrid olunmuş hiss etdiyindən özəl bir məktəbə oxumağa
göndərilir. 1854-ci ildə Hamburqdakı Dom qimnaziyasına daxil
olduqdan sonra onun musiqi və ədəbiyyata meyilli olduğu üzə
çıxır. 1858-1864-ci illərdə Şulpforta internat məktəbində oxumağa
başlayır. Çalışqan bir şagird olur, antik ədəbiyyatlla
maraqlanır, şeir yazır və musiqi bəstələyir. Atasız böyüyən bir
yeniyetmə üçün yaşlı şair Ernst Ottlepp (1800-1864) bir ata kimi
onun şəxsiyyətinin formalaşmasına böyük təsir
göstərir.1864-1865-ci illərdə Bonn universitetinin klassik
filologiya və evangelik teologiya fakültəsinə daxil olur, lakin
Gənc Hegelçilərin əsərlərini oxuduqdan sonra oranı tərk edir və
1865-1866-ci illərdə filologiya üzrə Leypsiq universitetinə daxil
olur. Bu dəfə o, gənc Hegelçilərdən uzaq duran Artur Şopenhaur və
Fridrix Albert Langenin əsərləriylə tanış olur.1867-ci ildə bir
illik könüllü olaraq Prussiya ordusunda xidmət etməyə gedir. ...
1889-cu ilin ilk günlərində, Türin şəhərində küçədə qırmanclanan
bir südçü atının boyuna sarılıb ağlamaya başlayan mütəfəkkir,
şagirdlik illərində yoluxduğu sifilis mikrobunun nəticəsi olduğu
təxmin edilən dəliliyə düçar oldu. 1900-cü ilə qədər mənəvi
qaranlıq içində bitki mənşəli deyilə biləcək həyatını davam
etdirən Nitsşe, özündən sonrakı əsrdə təsirləri ən məşhur olacaq
düşüncə məhsullarını geridə buraxaraq 25 avqustda həyatdan köçdü…


Nitsşe özündən sonrakı filosof, yazıçı, siyasətçi, musiqiçi və
digər peşələrin insanlarında böyük təsir qoyub getmişdir.


1. Nitsşe və anarxizm - Nitsşenin yazılarının
böyük bir hissəsi anarxizmə qarşı olduğu halda bir çox anarxist
ondan təsirlənmişdir. Spencer Sunshine yazır:Anarxistləri
Nitsşeyə çəkən çox şey vardı: Onun dövlətə nifrəti, "sürü"lərin
düşüncəsiz hərəkətinə nifrəti, onun "anti-xristian" düşüncəsi,
dövlət və bazarın mədəni quruculuqdakı təsirlərinə etimad
etməməsi və onun "üstinsan"a olan istəyi. Ondan təsirlənən
anarxist və post-anarxist filosof və yazarlar: Emma Qoldman,
Alber Kamyu, Emil Armand, Renzo Navatore, Rudolf Roker, Hakim Bəy
və s.


2. Nitsşe və faşizm - Şübhəsiz ki, Nitsşedən
təsirlənmiş ən böyük hərəkat faşizm hərəkatı olmuşdur. Adolf
Hitler Elizabet Nitsşeyə (filosofun bacısı) gül buketi təqdim
etmişdi və qəbrinin üzərinə bu sözləri yazmışdı: "Böyük
döyüşçüyə…" Faşistlərdə Nitsşe marağının səbəbi onun "üstinsan"ı
arzulaması (hansı ki, Hitler bunu üstün irq kimi başa düşürdü),
onun həyat uğrunda mübarizəyə dəstək olması və ölümündən sonra
çap olunmuş Hakimiyyət əzmi kitabına nasist bacısının etdiyi
dəyişiklərdir.


3. Nitsşe və psixoanaliz - Nitsşe psixoanaliz
barədə Karl Qustav Yunq, Alfred Adler və Ziqmund Freyd kimi
alimləri təsirləndirmişdir. Karl Yunq, Zərdüşt haqda seminar
vermiş, Ziqmund Freyd isə onun haqqında "Nitsşeyə qədər heç kim
özünü təhlil etməyi bu qədər yaxşı bacarmamışdı və çox güman
bacaranlar bir daha çətin tapılsın" demişdi.


Önəmli əsərlərindən bəziləri: «Zərdüşt belə buyurdu — Hamı və heç
kəs üçün bir kitab» (1883-1885) Also sprach Zarathustra — Ein
Buch für Alle und Keinen «Xeyir və Şərin ötəsində — Gələcək
fəlsəfəsinin önsözü» (1886) Jenseits von Gut und Böse — Vorspiel
einer Philosophie der Zukunft«Əxlaqın şəcərəsi» (1887) Zur
Genealogie der Moral — Eine Streitschrift 


Mənbə: Vikipediya
(https://az.wikipedia.org/wiki/Fridrix_Nitsşe)


Səsləndirən: Amanov Shamsaddin


Tags: Fəlsəfə, Estetika, Nihilizm, etika, psixologiya,
Ontologiya, poeziya, tarix fəlsəfəsi

Kommentare (0)

Lade Inhalte...

Abonnenten

15
15